Azedu.az

İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB

Dövlət İmtahan Mərkəzi

29 Sentyabr 2026, 10:23
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB

Sosial şəbəkələrdə magistratura imtahanlarının 2028-ci ildən etibarən elektron formada keçiriləcəyi ilə bağlı məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, magistratura imtahanlarının elektron formada təşkili ilə bağlı texniki, təşkilati və məzmun hazırlığı işlərinin növbəti ilin sonuna kimi tamamlanacağı bildirilir.

Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq DİM-dən bildirilib ki, magistratura imtahanlarının elektron formada keçirilməsi ilə bağlı ümumi hazırlıq işləri davam etdirilsə də, imtahanların məhz 2028-ci ildən elektron formada təşkil olunacağı barədə təsdiqlənmiş məlumat yoxdur:

“Bizdə ümumi belə bir yanaşma var ki, texniki, təşkilati və digər işlər başa çatdıqdan sonra magistratura imtahanlarını nə vaxtsa elektron formada keçirəcəyik. Bunu dəfələrlə əvvəllər də demişik. Amma 2028-ci ildən tədbiqi doğru məlumat deyil. Biz belə bir məlumat verməmişik. Növbəti ilin sonuna kimi bütün işlərin tamamlanacağı ilə bağlı da tərəfimizdən hər hansı məlumat verilməyib".

Putindən orduyla bağlı KRİTİK TAPŞIRIQ - 2 milyondan çox əsgər...
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox