Azedu.az

Alimlər Saturnda yeni atmosfer quruluşu kəşf ediblər

Maraqlı

16 Sentyabr 2026, 10:36
Alimlər Saturnda yeni atmosfer quruluşu kəşf ediblər

NASA-nın Hubble Kosmik Teleskopu Saturnun cənub qütbü ətrafında 10 tərəfli nəhəng atmosfer quruluşu aşkarlayıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Science Advances jurnalında dərc olunan araşdırmaya görə, “dekaqon” adlandırılan bu struktur planetin müxtəlif atmosfer qatları boyunca uzanır və son illərdə daha da güclənib.

Alimlər bildirirlər ki, Saturnun şimal qütbündə uzun illərdir müşahidə olunan altıbucaqlı atmosfer quruluşundan fərqli olaraq, yeni aşkarlanan struktur 10 tərəflidir və yaxın dövrdə formalaşmağa başlayıb.

Tədqiqatçılar bu hadisənin ilk dəfə nəhəng bir planetdə atmosfer quruluşunun yaranma prosesini izləməyə imkan verdiyini qeyd edirlər.

Mütəxəssislər dekaqonun gələcəkdə Saturnun şimal qütbündəki altıbucaqlı struktur kimi sabit formaya çevrilib-çevrilməyəcəyini müəyyənləşdirmək üçün müşahidələri Hubble və James Webb Kosmik Teleskopları ilə davam etdirəcəklər.

İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçalandı
Son xəbərlərDaha çox