Azedu.az

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Hadisə

25 Oktyabr 2026, 16:00
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədidə bir ailənin 4 üzvünün yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Arazbar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Hakim Hüseynov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza zamanı sürücü ilə yanaşı avtomobildə olan onun qardaşının həyat yoldaşı – 1983-cü il təvəllüdlü Adilə Hüseynova və azyaşlı övladları – 2021-ci il təvəllüdlü Fərqiyyə Hüseynova və onun qardaşı Umud Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox