Azedu.az

ABŞ-də universitet yaxınlığında atışma: 6-sı uşaq olmaqla 12 yaralı

Hadisə

25 Oktyabr 2026, 16:28
ABŞ-də universitet yaxınlığında atışma: 6-sı uşaq olmaqla 12 yaralı

ABŞ-nin Florida ştatında universitetin futbol stadionu yaxınlığında baş verən silahlı hücum nəticəsində 6-sı uşaq olmaqla, ümumilikdə 12 nəfər yaralanıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də  Florida A&M Universitetinin (FAMU) Bragg Memorial stadionunun yaxınlığında baş verib.

Tallahassee polisi bildirib ki, yaralılardan 11-i güllə yarası alıb, daha bir nəfər isə hadisə zamanı yaranan qarşıdurma və qaçış nəticəsində xəsarət alıb. Yaralanan uşaqlar arasında ən kiçiyinin 11 yaşında olduğu bildirilir.

İlkin məlumata görə, atışmadan əvvəl ərazidə fiziki qarşıdurma yaşanıb. Hadisənin futbol matçından sonra, universitetin ənənəvi məzunlar həftəsi tədbirləri zamanı baş verdiyi qeyd olunur.

Polisin məlumatına əsasən, yaralılardan ən azı üçünün vəziyyəti ağırdır. Digər zərərçəkənlərin vəziyyətinin stabil olduğu bildirilir.

Universitet rəhbərliyi hadisənin kampusun yaxınlığında baş verdiyini təsdiqləyərək tələbələri, müəllimləri və əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox