Azərbaycanda müxtəlif bölgələri təmsil edən bir qrup IX sinif şagirdləri üçün 5, 12 və 26 aprel tarixlərində keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərib.
AzEdu.az bu münasibətlə Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən verilən məlumata görə, 9 illik (ümumi orta) təhsil bazasında buraxılış imtahanlarında region üzrə ən yüksək nəticəni Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Kənan Qəfərli göstərərək 296.7 bal toplayıb.

Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nigar Mirzəzadə 291.2 bal;

Saatlı rayonu İsgəndər Nəzimov adına Qazanbatan kənd ümumi orta ümumtəhsil məktəbinin şagirdi Aqşin Məmizadə 291.1 bal;

İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nərgiz Behbudova 290.7 bal;

Sabirabad şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Xanımana Davudova 289.2 bal;

Beyləqan rayonu Xaçınabad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi İnci Allahverdiyeva 287.4 bal;

Saatlı şəhəri Məşədi Əzizbəyov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Gülay Kazımzadə 286.6 bal;

Saatlı rayonu Ələhməd Əhmədov adına Qaracalar kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Ayşə Məhərrəmli 285.1 bal.
