Azərbaycanda müxtəlif bölgələri təmsil edən bir qrup XI sinif şagirdləri üçün 9 və 15 mart tarixlərində keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərib.
AzEdu.az bu münasibətlə Mil-Muğan Regional Təhsil idarəsinə sorğu ünvanlayıb.
İdarədən verilən məlumata görə, 2026-cı il buraxılış imtahanlarında region üzrə ən yüksək nəticəni Beyləqan rayonu Xaçınabad kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Aslanlı Səma Sənan qızı göstərək 298 bal toplayıb.

Yüksək bal toplayan şagirdləri təqdim edirik:
Kərəmli Sara Elzamin qızı- Beyləqan şəhəri Elbrus Bayramov adına təbiət və humanitar fənlər təmayüllü liseyin şagirdi- 296 bal;

Cəbrayılov Əliş Şirəli oğlu- İmişli rayonu Otuziki kənd tam orta ümumtəhsil məktəbinin şagirdi- 294 bal;

İmanlı Fariz Rəşad oğlu- Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi- 293 bal.
