Azedu.az

Rektor: Universitetlər süni intellekt dövrünə uyğunlaşır

Rektorlar

4 Oktyabr 2026, 11:35
Rektor: Universitetlər süni intellekt dövrünə uyğunlaşır

"GSİ esse yazma və proqramlaşdırma tapşırıqlarını avtomatlaşdırdıqca, universitetlər tələbələrin qiymətləndirilməsi sistemini köklü şəkildə dəyişirlər".

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov rəsmi “Facebook” hesabında paylaşımda qeyd edib.

O bildirib ki, Filippin universitetləri generativ süni intellektin (GSİ) etik istifadəsi və yeni qiymətləndirmə metodları üzərində işləyirlər.

Ədalət Muradovun sözlərinə görə, bu yanaşma əzbərçiliyə əsaslanan yoxlamaların aradan qaldırılmasını və gələcək məzunların süni intellektlə rəqabət aparmaq əvəzinə, onu idarə etmək bacarıqlarına yiyələnməsini hədəfləyir.

Rektor qeyd edib ki, proqram rəhbərlərinə verilən əsas tapşırıqlardan biri ənənəvi ev tapşırıqları və yazılı işlərdən imtina edərək qiymətləndirmə mexanizmlərini yenidən dizayn etməkdir.

Yeni yanaşmada davamlı və real vaxt rejimində qiymətləndirməyə üstünlük verilir. Buraya şifahi müdafiələr, interaktiv proqram simulyasiyaları, layihə əsaslı komanda fəaliyyətləri və nəzarət altında keçirilən tənqidi düşünmə qiymətləndirmələri daxildir.

“Bu modeldə tələbələrdən Süni İntellektin yaratdığı nəticəni sadəcə təqdim etmək deyil, həmin nəticənin məntiqini əsaslandırmaq tələb olunur”, – deyə Ədalət Muradov bildirib.

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox