https://www.zirve.edu.az/ #
2021-07-23 17:07:00
 Türkiyədə  təhsil almaq üçün nə etmək lazımdır?-VİDEO

 

 

 

Xaricdə  təqaüdlə  təhsil  almaq  demək  olar  ki, bir  çox  gəncin  xəyalıdır.

 

Hər  il  çox  sayda  azərbaycanlı  gənc  təhsil almaq  üçün  dünyanın  müxtəlif universitetlərinə  üz  tutur. Ölkə  gənclərinin təhsillərini  davam  etdirmək  üçün  üstünlük  verdiyi dünya  ölkələrinin  arasında  qardaş Türkiyə  ilk  sıralardadır.

 

Bəs  Türkiyədə  təhsil  almaq  necə  mümkündür? Bunun  üçün  nə  etmək  lazımdır?

 

AzEdu.az  Türkiyədə  təhsil  alan  tələbəmizin  mövzu  ilə  bağlı  ətraflı  məlumat  və  izahını  təqdim  edir.

 

Türkiyə  təhsil  almaq  üçün  iki  əsas  yol  mövcuddur:

 

  1. Öz hesabına
  2. Türkiyə bursları hesabına

 

Öz  hesabına  xaricdə  təhsil  normal  olaraq  əksəriyyət  üçün  maddi  baxımdan  əlverişsizdir. Bu səbəblə  tələbələr  təqaüdlə  təhsil  almaq  üçün  əsasən, Türkiyə  burslarına  üstünlük verir.

 

Türkiyə burslarının qeydiyyatı yanvar, fevral, mart aylarında başlayır. Qeydiyyat  prosesi 2 mərhələdən ibarətdir; birinci mərhələdə siz sənədlərinizi yükləyirsiniz, ikinci mərhələ isə müsahibə mərhələsidir.

 

Daha ətraflı məlumat  əldə  etmək  üçün  videonu izləyin:

 

 

 

Fidan Ali