Bu il Azərbaycanda 124 min şagird birinci sinfə qədəm qoyacaq
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2026-2027-ci tədris ilində Azərbaycanda ümumilikdə 2,2 milyon təhsilalan tədrisə başlayacaq.
Onun sözlərinə görə, onların 1,6 milyonu ümumi təhsil, 260 mini ali təhsil, 226 mini məktəbəqədər təhsil, 64 mini orta ixtisas təhsili, 44 mini isə peşə təhsili üzrə təhsilalanlardır.
Emin Əmrullayev qeyd edib ki, yeni tədris ilində 124 min şagird Azərbaycanda ilk dəfə birinci sinfə qədəm qoyacaq.