Azedu.az

Dubayda 26 yeni təhsil müəssisəsi açılacaq

Xaricdə təhsil

26 Avqust 2026, 14:59
Dubayda 26 yeni təhsil müəssisəsi açılacaq

Dubayda 2026-2027-ci tədris ilində 26 yeni özəl təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni müəssisələrin 17-si erkən uşaqlıq təhsili mərkəzi, 7-si məktəb, 2-si isə beynəlxalq ali təhsil müəssisəsi olacaq.

Yeni məktəblərin açılması ilə şəhərdə 16846 əlavə şagird yeri yaradılacaq. Məktəblərdən dördünün Britaniya kurikulumu, üçünün isə Beynəlxalq Bakalavriat (IB) proqramı üzrə fəaliyyət göstərəcəyi bildirilir.

Ali təhsil sahəsində isə American University of Beirutun Dubay kampusunun 2026-cı ilin sentyabrında, Peking University HSBC Business Schoolun isə 2027-ci ilin yanvarında fəaliyyətə başlaması gözlənilir.

Yeni müəssisələrin açılması Dubayda artan təhsil tələbatının qarşılanmasına və şagird və tələbələr üçün təhsil seçimlərinin genişləndirilməsinə yönəlib. Dubay hökuməti bu addımı şəhərin qlobal təhsil mərkəzi kimi mövqeyinin gücləndirilməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirir.

Fidan Şahkərəmova

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox