Azedu.az

Emin Əmrullayev təhsildəki artımları sadaladı - Dərsliklər, layihələr... 

Elm və təhsil

14 Sentyabr 2026, 15:20
Emin Əmrullayev təhsildəki artımları sadaladı - Dərsliklər, layihələr... 

"Yeni tədris ili üçün məktəblərə 7 milyondan çox dərslik çatdırılıb".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, yeni tədris ili üçün ümumilikdə 325 adda dərslik hazırlanıb və 7 milyondan çox dərslik məktəblərə çatdırılıb. Onlardan 49-u yenidən hazırlanmış dərsliklərdir.

Emin Əmrullayev "Rəqəmsal bacarıqlar" layihəsinin də əhatə dairəsinin genişləndiriləcəyini bildirib. Onun sözlərinə görə, layihə üzrə məktəblərin sayı 771-dən 1001-ə, şagirdlərin sayı isə 528 mindən 630 minə çatdırılacaq.

Nazir STEM layihəsi üzrə də əhatəliliyin artırılacağını diqqətə çatdırıb. Belə ki, layihənin tətbiq olunduğu məktəblərin sayının 400-dən 563-ə, şagirdlərin sayının isə təxminən 303-305 mindən 312 197-yə yüksəldilməsi planlaşdırılır.

Emin Əmrullayev rəqəmsal məktəb platformasının tətbiq dairəsinin də genişləndiriləcəyini qeyd edib.
“Rəqəmsal məktəb” platformasının 349 məktəbdən 550 və daha çox məktəbi əhatə etməsi nəzərdə tutulur. Platforma Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir və Abşeronda da tətbiq ediləcək. İstifadəçi sayının isə 900 mindən çox olacağı planlaşdırılır.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox