Sumqayıtda azyaşlının ayağı velosipedin pedalı ilə ramasının arasında sıxılıb qalıb.
AzEdu.az xəbər verir ki, yaxınları uşağın ayağını çıxara bilmədikləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə müraciət ediblər.
Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə gəliblər.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə azyaşlının ayağını təhlükəsiz qaydada velosipeddən çıxarıblar.