Azedu.az

90 min müəllimin maaşına əlavə ediləcək 

Elm və təhsil

14 Sentyabr 2026, 15:16
90 min müəllimin maaşına əlavə ediləcək 

"Dövlət tərəfindən müəyyən bir vəsait məktəbəqədər təhsil müəssisəsinə gedən uşağın əvəzinə özəl bağçaya ödənilir".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Emin Əmrullayev bildirib ki, bu il sözügedən təşəbbüs müvafiq sərəncam layihəsi və qaydalar əsasında həyata keçiriləcək.

“Bundan başqa, valideyn də bunun çox cüzi bir hissəsini özü əlavə olaraq ödəyir. Yəni artıq özəl müəssisələr prinsip etibarilə dövlət tərəfindən maliyyələşdirilməklə daha çox uşağın bağçalara getməsi təmin olunur”, – nazir deyib.

Onun sözlərinə görə, bu il 10 min uşağın dövlət-özəl tərəfdaşlığı əsasında məktəbəqədər təhsilə cəlb olunması planlaşdırılır.

Nazir sertifikatlaşdırma prosesinin də bu il davam etdiriləcəyini diqqətə çatdırıb:

“90 min təhsilalanın əməkhaqqına əlavə ediləcək. Ümumiyyətlə, bizdə 104 min nəfər sertifikatlaşdırmaya cəlb olunub, 73 min nəfərin əməkhaqqına əlavə edilib. 17 min 500 nəfər sonuncu sertifikasiyadan keçən şəxslərdir. Onlar da sentyabr ayında müsahibə prosesi bitdikdən sonra müvafiq qaydada uğur qazanan insanlar olacaq. Proqnozlaşdırılan rəqəm 17 min 500-dür”, – Emin Əmrullayev bildirib. 

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox