Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin tabeliyində Polimer Materialları İnstitutunun Elektro- və bioaktiv polimer materiallar laboratoriyasının elmi işçisi vəzifəsini icra edən sabiq doktorant Günel Abaszadə, laboratoriyanın müdiri AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov və Fizika İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları məqalə Q3 kvartilli “Problems of Atomic Science and Technology” jurnalında (PAST №4 (164) 2026, р.87-94
//www.researchgate.net/publication/413580062_RADIATION INDUCED_CROSSLINKING_OF_HYDROGENATED_BUTADIENE- NITRILE_RUBBER_HNBR_IN_THE_PRESENCE_OF_LOW-
MOLECULAR_WEIGHT_COMPOUNDS dərc olunub.
Bu barədə AzEdu.az-a LDU-dan məlumat verilib.
Qeyd olunub ki, “Radiation-Induced Crosslinking of Hydrogenated Butadiene-Nitrile Rubber (HNBR) in the Presence of Low-Molecular Weight Compounds” (Aşağı molekullu birləşmələrin iştirakında hidrogenləşdirilmiş butadien-nitril kauçukunun (HNBR) radiasiya ilə induktiv tikilməsi) adlı məqalədə hidrogenləşdirilmiş butadien-nitril kauçukunun müxtəlif aşağı molekullu birləşmələrin iştirakı ilə ionlaşdırıcı gamma (γ) şüallarının təsiri altında tikilməsi və bununla əlaqədar olaraq baş verən fiziki- kimyəvi proseslər tədqiq olunub. Tədqiqatlar nəticəsində əldə olunan elastomer materialların yüksək istilik dayanıqlılığına, mexaniki möhkəmliyə və aqressiv mühitlərə (yağ və benzin-benzen qarışıqları kimi həlledicilərə) qarşı güclü davamlılığa malik olduğu müəyyən edilib. Sol-gel analizi, FTIR və EPR metodları vasitəsilə materialın struktur və kinetik parametrləri öyrənilib.
Qeyd edək ki, impakt faktor göstəricisi 0.5, SJR reytinq göstəricisi isə 0.24-ə bərabər olan jurnal Web of Science platformasının Emerging Sources Citation Index (ESCI) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxildir.