“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə doktorantura səviyyəsinə qəbulun nəticələri açıqlanıb.
Nəticələrə əsasən, bakalavr səviyyəsi üzrə ümumilikdə 125 nəfər Dövlət Proqramının qalibi olub.
Bakalavrların Böyük Britaniyadan sonra (77 nəfər) ən çox seçdiyi ölkə Çin Xalq Respublikası olub. Belə ki, Dövlət Proqramı çərçivəsində xaricdə bakalavr təhsili almaq hüququ qazanan 125 nəfərdən 17-si Çini seçib.
AzEdu.az Çini seçən bakalavrların qəbul olunduqları universitetləri və üstünlük verdikləri ixtisasları təhlil edib.
Belə ki, Çində təhsil alacaq bakalavrların ən çox üstünlük verdiyi ali təhsil müəssisəsi Honq Konq Universiteti (University of Hong Kong) olub. Bu universitetdə təhsil almaq hüququnu 9 nəfər qazanıb.

İkinci ən çox seçilən ali təhsil müəssisəsi Honq Konq Çin Universiteti (Chinese University of Hong Kong) olub. Bu universiteti 4 nəfər seçib.

Bununla yanaşı, Şanxay Jiao Tonq Universitetində (Shanghai Jiao Tong University) bakalavr təhsili almaq hüququnu 3 nəfər qazanıb.

Honq Konq Politexnik Universitetini (Hong Kong Polytechnic University) isə 1 nəfər seçib.

Çində təhsil alacaq bakalavrların ən çox üstünlük verdiyi ixtisas Kompüter elmləri olub. Belə ki, 5 nəfər bu ixtisas üzrə bakalavr təhsili alacaq.
Bununla yanaşı, 2 nəfər Kompüter elmləri və texnologiyaları, 2 nəfər İqtisadiyyat, 2 nəfər Mexanika mühəndisliyi ixtisasını seçib.
Digər ixtisaslar üzrə seçim edən bakalavrların hər biri isə Memarlıq, Biologiya elmləri, Kimya, Aviasiya mühəndisliyi, Elektrik və kompüter mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə bakalavr təhsili alacaq.