Kitabxanada kitabın səhifələri arasında Homerin “Odisseya” dastanının 1700 illik nadir parçası aşkarlanıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, tapıntı Niderlanddakı Utrext Universitetinin kolleksiyasında saxlanılan qədim əlyazmaların araşdırılması zamanı üzə çıxıb.
Radboud Universitetinin tədqiqatçısı doktor Mark de Kreij erkən xristian əlyazmalarını incələyərkən kiçik bir kağız parçası aşkar edib. Yunan dilini tanıyan tədqiqatçı onun “Odisseya”ya aid olduğunu müəyyənləşdirib.
Təxminən eramızın 300-cü illərinə aid olan parçanın Misirin Fayum bölgəsində istifadə edilən cib ölçülü “Odisseya” nüsxəsindən qopduğu bildirilir. Dünyada həmin dövrə aid cəmi 30-a yaxın oxşar nümunənin olduğu qeyd edilir.
Parçanın “Odisseya”nın 12-ci kitabından olduğu müəyyənləşdirilib. Burada Odisseyin ac qalan dənizçilərinin Günəş tanrısı Apollona həsr olunmuş mal-qaranı yeməsindən bəhs edilir.
Alimlər tapıntının qədim ədəbiyyatın və əlyazmaların öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirirlər.