Azedu.az

Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, leysan olub - FAKTİKİ HAVA

AzEdu Təhsil Platforması

20 Sentyabr 2026, 11:32
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, leysan olub - FAKTİKİ HAVA

Sentyabrın 20-si saat 10:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10, Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz, Altıağac, İsmayıllı, Ağdam, Ceyrançöl, Qubada 1 mm-dək qeydə alınıb.

 

Daşkəsən, Şahdağ, Şahbuz, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.

Azərbaycanla Türkiyə Xəzərdə hərəkətə keçdi - Rusiyaya kritik mesaj
Son xəbərlərDaha çox