Türkiyənin Sivas şəhərində şagird avtobusu ilə polis avtomobilinin toqquşması nəticəsində 13 şagird və 3 polis əməkdaşı yaralanıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzadan sonra yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Onların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.