Azedu.az

Bu məktəblərdə tədris distant olacaq - SİYAHI

Orta təhsil

19 Sentyabr 2026, 17:18
Bu məktəblərdə tədris distant olacaq - SİYAHI

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək. 

AzEdu.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.

Belə ki, Tofiq İsmayılov adına 6 nömrəli lisey,  Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 2026-cı il 22-26 sentyabr tarixlərində tədris distant (məsafədən) formada təşkil ediləcək.

Azərbaycanla Türkiyə Xəzərdə hərəkətə keçdi - Rusiyaya kritik mesaj
Son xəbərlərDaha çox