Azedu.az

Göygölə dolu yağıb - FAKTİKİ HAVA

Maraqlı

19 Sentyabr 2026, 17:00
Göygölə dolu yağıb - FAKTİKİ HAVA

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 16:00-a olan məlumatında qeyd olunub.

Naftalan, Tərtər, Oğuz, Mingəçevir, Şəki (Kişçay), Qax (Sarıbaş), Quba, Qusar, Ağdam, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Kəlbəcər, Gəncə, Göygöl, Daşkəsən, Şahdağ, Gədəbəydə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Göygöl rayonuna saat 13:05-13:08 radələrində diametri 0.3 mm olan dolu düşüb.

Azərbaycanla Türkiyə Xəzərdə hərəkətə keçdi - Rusiyaya kritik mesaj
Son xəbərlərDaha çox