Azedu.az

Direktor olmaq istəyənlərin nəzərinə: Əsas şərt AÇIQLANDI

Orta təhsil

19 Sentyabr 2026, 13:01
Direktor olmaq istəyənlərin nəzərinə: Əsas şərt AÇIQLANDI

“Direktorların seçimində əsas şərtlərdən biri, bəlkə də birincisi, ən yaxşı müəllimlərin arasından seçim etməkdir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində səsləndirib.

O bildirib ki, 2026-cı ilin əvvəlindən məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni mexanizm təsdiq edilib. Yeni qaydaların hazırlanmasına əsas səbəblərdən biri məktəblərdə idarəetmə ilə bağlı mövcud boşluqlardır.

Eşqi Bağırov qeyd edib ki, məktəblərin inspeksiyası zamanı əsas qiymətləndirilən sahələrdən biri də idarəetmənin təşkili ilə bağlıdır. Onun sözlərinə görə, idarəetmədə olan boşluqlar şagirdlərin intizamına, akademik nailiyyətlərinə, eləcə də ümumilikdə məktəb heyətinin fəaliyyətinə ciddi təsir göstərir. Direktor vəzifələri üzrə vakant yerlərin sayının çoxluğu da bu istiqamətdə təxirəsalınmaz addımların atılmasını zəruri edib.

MÜTDA direktoru bildirib ki, yeni qaydaların əsas yeniliklərindən biri direktorların ən yaxşı müəllimlər arasından seçilməsidir. Belə ki, namizədin öz ixtisasını bilməsi və həmin ixtisas üzrə yüksək nəticə göstərməsi direktor olmağın baza şərtlərindən biri kimi müəyyənləşdirilib.

E.Bağırovun sözlərinə görə, son 8-9 ay ərzində təxminən 700 vakant direktor vəzifəsi müsabiqəyə çıxarılıb. Bu müsabiqələrdə və müsahibələrdə 10 minə yaxın namizəd iştirak edib.

O bildirib ki, hazırda müsahibələr tamamlanmaq üzrədir. Növbəti ay ərzində qiymətləndirmələrdən uğurla keçən və ən yüksək nəticə göstərən müəllimlərin, həmçinin direktor müavinlərinin direktor vəzifəsinə təyin olunması nəzərdə tutulur.

Eşqi Bağırov qeyd edib ki, yeni təyinatların sayının təxminən 600-ə yaxın olacağı gözlənilir.

Dəb olan f*ahişəlik, artan qiymətlər, maaş problemi
Son xəbərlərDaha çox