Azedu.az

Kənd və şəhər məktəbləri arasındakı fərqlər minimuma endiriləcək

Orta təhsil

19 Sentyabr 2026, 10:17
Kənd və şəhər məktəbləri arasındakı fərqlər minimuma endiriləcək

“Kənd və şəhər məktəbləri arasında, o cümlədən regional fərqləri minimuma endirmək əsas hədəflərimizdən biridir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində səsləndirib.

E.Bağırov bildirib ki, PISA nəticələri və digər qiymətləndirmələr üzrə fərqlər ayrı-ayrı rayonlar və məktəblər səviyyəsində də təhlil edilib. Onun sözlərinə görə, müəyyən edilən fərqlər cari tədris ilində əsas hədəflərdən birinə çevrilib.

“Əsas hədəflərimizdən biri kənd və şəhər məktəbləri arasında, o cümlədən regional fərqləri minimuma endirməkdir. Bununla bağlı çox aydın hədəflərimiz var”, - deyə E.Bağırov qeyd edib.

MÜTDA direktoru vurğulayıb ki, dəstək tədbirləri və müdaxilələr daha çox ehtiyacı olan idarə və məktəblərdə həyata keçiriləcək. O bildirib ki, bu dəstəyin əsas istiqamətlərindən biri metodik xidmət olacaq.

E.Bağırovun sözlərinə görə, müəllimlərə metodik dəstək göstərilməsi ilə bağlı layihənin əhatəsi genişləndirilib. Ötən tədris ilində müəllimlərə 300 metodist dəstək göstərirdisə, yeni tədris ilində onların sayı 500-ə çatdırılıb.

O əlavə edib ki, metodistlərin bölgüsü də daha çox ehtiyacı olan idarələr, regionlar və məktəblər nəzərə alınmaqla aparılacaq.

Dəb olan f*ahişəlik, artan qiymətlər, maaş problemi
Son xəbərlərDaha çox