Azedu.az

SDU-da ilk tədris həftəsinin nəticələri müzakirə olunub

Ali təhsil

19 Sentyabr 2026, 14:19
SDU-da ilk tədris həftəsinin nəticələri müzakirə olunub

Sumqayıt Dövlət Universitetində (SDU) ilk tədris həftəsinin nəticələrinin qiymətləndirilməsi, tədris prosesinin təşkili və elmi fəaliyyətin cari göstəricilərinə həsr olunmuş işgüzar iclas keçirilib. İclasda prorektorlar və struktur bölmə rəhbərləri onlayn formatda iştirak ediblər.

AzEdu.az xəbər verir ki, rektor, professor Nurəli Yusifbəyli tədris prosesinin ilk həftəsi üzrə aparılmış monitorinqin nəticələrini diqqətə çatdıraraq, tədrisin təşkili və keyfiyyət göstəriciləri üzrə müəyyən edilmiş məsələlərin operativ şəkildə aradan qaldırılmasını qarşıya mühüm vəzifə kimi qoyub.

Aşkar edilmiş çatışmazlıqların hər biri üzrə aidiyyəti struktur bölmələrə konkret tapşırıqlar verilib, icrasına nəzarətin təmin edilməsi tapşırılıb. Rektor tədris prosesində müəyyən edilmiş tələblərə riayət olunmasının, dərslərin keyfiyyətli və səmərəli təşkilinin, eləcə də monitorinq mexanizmlərinin davamlı əsasda tətbiqinin universitet idarəçiliyinin əsas prioritetlərindən olduğunu bildirib.

İclasda universitetin elmi fəaliyyətinin nəticələri də nəzərdən keçirilib. Elm və innovasiyalar üzrə prorektor Elşad Abdullayev Azərbaycan–Özbəkistan birgə beynəlxalq elmi müsabiqəsinin nəticələri barədə məlumat verib. Bildirilib ki, 139 layihənin təqdim olunduğu müsabiqədə 5 layihə qalib seçilib. Qalib layihələrdən biri SDU-nun İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti ilə birgə hazırladığı və enerji sistemlərinin optimal idarə olunmasına həsr olunmuş layihədir.

İclasın yekununda tədris və elmi fəaliyyət üzrə müəyyən edilmiş vəzifələrin icrasının təmin olunması, nəticələrin mütəmadi qiymətləndirilməsi və aşkar edilmiş məsələlərin operativ həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Dəb olan f*ahişəlik, artan qiymətlər, maaş problemi
Son xəbərlərDaha çox