Azedu.az

Bağça müəllimləri üçün sertifikasiya belə olacaq - RƏSMİ

Sertifikasiya

19 Sentyabr 2026, 14:02
Bağça müəllimləri üçün sertifikasiya belə olacaq - RƏSMİ

"Bağça müəllimlərinin sertifikatlaşdırılması prosesi məktəb müəllimlərinin sertifikatlaşdırılması ilə eyni olacaq".

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində səsləndirib.

O qeyd edib ki, tərbiyəçilərin sertifikatlaşdırılması mahiyyət və məntiq etibarilə ümumi təhsildə tətbiq olunan sertifikatlaşdırma prosesi ilə eyni olacaq.

E.Bağırovun sözlərinə görə, proses test imtahanı və obyektiv qiymətləndirməni təmin edən müsahibə mərhələsindən ibarət olacaq. Sertifikatlaşdırma prosesində təxminən 12 minə yaxın tərbiyəçinin iştirakı nəzərdə tutulur.

MÜTDA direktoru bildirib ki, prosesin noyabr ayı ərzində keçirilməsi və tamamlanması planlaşdırılır. Onun sözlərinə görə, tərbiyəçilərə əvvəlcədən dəvətlər göndəriləcək və proses barədə bir ay öncədən məlumat veriləcək.

Dəb olan f*ahişəlik, artan qiymətlər, maaş problemi
Son xəbərlərDaha çox