"Azərbaycan Dövlət Suverenliyi Gününü qeyd edir".
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Dövlət Suverenliyi Günü ilə bağlı paylaşımında deyib.
M.Abbaszadə bildirib ki, bir neçə gün əvvəl Xankəndidə keçirilən Türk Dövlətlərinin müvafiq qurumlarının V görüşü çərçivəsində qonaqlarla birlikdə Şuşaya səfər edib:
“Bu səfərin bu gün mənim üçün xüsusi mənası var. Çünki suverenlik həm də həmin torpaqlarda gələcəyi qurmaq, insanları bir araya gətirmək, yeni əməkdaşlıqlar yaratmaq və dünyaya öz sözünü demək imkanının bərpasıdır.
Bu gün Xankəndidə beynəlxalq görüşlər keçirir, Şuşada dost və tərəfdaş ölkələrin nümayəndələrini qarşılayır, Qarabağdan təhsil, insan kapitalı və ortaq gələcək haqqında danışırıq. Məncə, suverenliyin ən gözəl ifadələrindən biri də məhz budur”.
DİM sədri qeyd edib ki, bu tarixi reallığın mümkün olmasına görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlıq bildirir:
“Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Dövlət Suverenliyi Günümüz mübarək!”