Azedu.az

Boş qalan plan yerlərinə qeydiyyat sabahdan başlayır

Dövlət İmtahan Mərkəzi

7 Sentyabr 2026, 09:26
Boş qalan plan yerlərinə qeydiyyat sabahdan başlayır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı sabahdan başlayacaq.

AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək yalnız my.gov.az portalı üzərindən həyata keçiriləcək.

Qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetə daxil olmaq lazımdır. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyi seçilməli və təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid edilməlidir.

Abituriyentlər, həmçinin subbakalavrlar, müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “Azercell”, “Bakcell” və “Nar” mobil nömrələri vasitəsilə öyrənə bilərlər. Bunun üçün “iş nömrəsi” və ya elektron ixtisas seçimi ərizəsindəki 7 rəqəmli kod 7727 nömrəsinə göndərilməlidir.

Qeydiyyat üçün müəyyən olunmuş müddətdə müraciət etməyən abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi hesab olunacaq. Bu halda onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçiminin tarixləri barədə isə qəbul olunanların qeydiyyat prosesi başa çatdıqdan sonra məlumat veriləcək.

Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab
Son xəbərlərDaha çox