Azedu.az

Bakıda məktəbin həyətində yanğın - Foto

Hadisə

20 Sentyabr 2026, 09:46
Bakıda məktəbin həyətində yanğın - Foto

Bakının Nizami rayonunda yerləşən 238 nömrəli məktəbin həyətyanı sahəsində yanğın baş verib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğın nəticəsində məktəbin ərazisində yerləşən tikilinin təxminən 20-25 kvadratmetr sahədə dam örtüyü və içərisindəki əşyalar yanıb.

Yanğın qısa müddətdə söndürülüb. Alovun ətraf ərazilərə, o cümlədən şam ağaclarının yerləşdiyi sahəyə yayılmasının qarşısı alınıb.

Azərbaycanla Türkiyə Xəzərdə hərəkətə keçdi - Rusiyaya kritik mesaj
Son xəbərlərDaha çox