Filippində məktəbdə silahlı insident olub.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Cənubi Kotabato vilayətinin Banqa bölgəsində yerləşən məktəbdə baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.
Hələlik hadisənin təfərrüatları məlum deyil.
Faktla bağlı araşdırma aparılır.