Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 11:20:00
Fransada “pulsuz” təhsil almaq istəyənlərə əla şans - Sənəd qəbulu başlayıb  

Fransanın “Eiffel” təqaüd proqramına sənəd qəbulu başlayıb.

AzEdu.az xəbər verir ki, təqaüd proqramı Fransanın Xarici İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilərək, təhsil səviyyəsinin yalnız magistr və PHD mərhələlərini əhatə edir.

“Eiffel” təqaüd proqramı namizədin Fransada oxuduğu müddət ərzində   təyyarə, nəqliyyat biletləri, təhsil haqqından azad edilmə, sosial və tibbi sığortaların yazılmasını qarşılayır.  

Təqaüd proqramına son müraciət tarixi 9 yanvar 2020-ci ildir.

Qeyd edək təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://www.campusfrance.org/en/eiffel-scholarship-program-of-excellence?fbclid=IwAR22jt-2JADX7nRpI50Tpo-nh7f9QGFctgLkzus-b88BZpPRFCR2ISI1ABc

Günel Yaşarqızı
Müəllifin digər yazıları