Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-20 16:30:00
Orxana aylıq 100 manat və pulsuz yemək veriləcək
Atasının qarşı çıxmasına baxmayaraq, Azərbaycan Dillər Universitetinə qəbul olan Orxan Bağırzadəyə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən yardım ediləcək.
 
AzEdu.az Azvision.az-a istinadla xəbər verir ki, ona ADU THİK tərəfindən bir semestr boyunca hər ay 100 manat təqaüd veriləcək. Bundan əlavə, pulsuz yemək talonları təqdim olunacaq, digər yardımlar göstəriləcək. 

"ADU-nun oğlanlar üçün olan yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə köməklik ediləcək" - deyə bildirilib. 

Qeyd edək ki, atası təhsil almasını istməsə də, 18 yaşlı Orxan Bağrzadə Azərbaycan Dillər Universitetinə qəbul olub. Tərcümə (rus-fransız) fakültəsini seçən O.Bağırzadə ödənişli əsaslarla təhsil alacaq. Onun illik təhsil haqqısı 1000 manatdır.