Azedu.az

Neçə nəfər 700 bala yaxınlaşdı, neçəsi 150-də qaldı? - DİM-dən STATİSTİKA

Qəbul imtahanları

12 Avqust 2026, 14:14
Neçə nəfər 700 bala yaxınlaşdı, neçəsi 150-də qaldı? - DİM-dən STATİSTİKA

Dövlət İmtahan Mərkəzi (DİM) ixtisas qrupları üzrə statistikaları təqdim edib.

AzEdu.az qruplar üzrə ən az və ən çox bal toplayan abituriynetlərin sayı ilə bağlı yazı hazırlayıb. 

I ixtisas qrupu üzrə 20150 abituriynet sənəd verib. 

RK üzrə imtahanlarda iştirak edənlərin sayı 12710-dur. Bu alt qrup üzrə isə dövlər sifarişli yerlərin sayı 8905-dir. 

Rİ üzrə imtahanlarda iştirak edənlərin sayı 7440 olub və 6295 dövlət sifarişli yer var. 

RK alt qrup üzrə 331 nəfəri 150-160 bal aralığında nəticə toplayıb. 

690-700 bal aralığında 4 nəfər yüksək nəticə əldə edib. 

Rİ alt qrupu üzrə 99 nəfər 150-160 bal aralığında nəticə əldə edib. 

Həmçinin, 5 nəfər 690-700 bal aralığında nəticə toplayıb. 

II ixtisas qrupu üzrə 16030 abituriynet sənəd verib. 

Həmin abituriynetlərdən 470 nəfəri 150-160 bal aralığında nəticə toplayıb. 

690-700 bal aralığında isə yalnız 1 nəfər nəticə toplaya bilib. 

Ümumilikdə isə II ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 4185-dir.

III ixtisas qrupu üzrə 15553 abituriynet sənəd verib. 

Həmin abituriynetlərdən DT alt qrupu üzrə imtahanda iştirak edənlərin sayı 13373 olub. Və 3920 dövlət sifarişli yer ayrılıb. 

TC alt qrupunda isə 2180 abituriynet imtahanda iştirak edib. Onlar üçün isə 220 dövlət sifarişli plan yeri ayrılıb. 

DT alt qrupu üzrə 444 abituriynet imtahandan 150-160 bal aralığında nəticə göstərib.

690-700 bal aralığında isə cəmi 1 nəfər nəticə əldə edib. 

TC alt qrupu üzrə 238 nəfər 150-160 bal aralığı nəticə əldə edib. 

690-700 bal aralığında isə heç bir abituriynet nəticə əldə edə bilməyib. 

IV ixtisas qrupu üzrə 5048 abituriynet sənəd verib. 

Həmin abituriynetlərdən 25 nəfəri 150-160 bal aralığı nəticə əldə edib. 

690-700 bal aralığında isə 9 nəfər yüksək nəticə əldə edib. 

Qeyd edək ki, I-IV qruplar üzrə builki plan yeri 56781-dir. 

Rusiyada BÖHRAN! Əhaliyə xəbərdarlıq - Maşın sürməyin!
Son xəbərlərDaha çox