Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə ayrılmış plan yerləri və təhsil haqları bəlli olub.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) 4 nömrəli jurnalında məlumat verilib.
Məlumata görə, Qarabağ Universitetində ixtisas qrupları üzrə ən çox və ən az plan yeri ayrılan ixtisaslar aşağıdakılardır:
I ixtisas qrupu
Ən çox plan yeri: Riyaziyyat müəllimliyi (RK) - 60 yer
Ən az plan yeri: Mexatronika və robototexnika mühəndisliyi (tədris alman dilində) - 20 yer
II ixtisas qrupu
Ən çox plan yeri: Turizm işinin təşkili - 40 yer
Ən az plan yeri: Biznesin idarə edilməsi (tədris ingilis dilində) - 25 yer; Mühasibat (tədris ingilis dilində) - 25 yer
III ixtisas qrupu
Ən çox plan yeri: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi-60 yer, Xarici dil müəllimliyi (tədris dili üzrə, tədris ingilis dili)-60, Beynəlxalq münasibətlər (tədris ingilis dilində)-60, Hüquqşünaslıq (tədris ingilis dilində)-60 yer.
Ən az plan yeri: Sosial iş (tədris ingilis dilində)-20 yer.
IV ixtisas qrupu
Ən çox plan yeri: Tibb -72 yer
Ən az plan yeri: Əczaçılıq - 24 yer; Stomatologiya - 24 yer
V ixtisas qrupu
Ən çox plan yeri: Dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı) - 40 yer
Ən az plan yeri: Bəstəkarlıq - 2 yer