Azedu.az

Ən yüksək və ən aşağı təhsil haqqı bu universitetlərdədir - SİYAHI

Qəbul imtahanları

10 Avqust 2026, 12:35
Ən yüksək və ən aşağı təhsil haqqı bu universitetlərdədir - SİYAHI

Azərbaycanın bir sıra ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə ayrılmış plan yerləri və təhsil haqları bəlli olub.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) 4 nömrəli jurnalında məlumat verilib. 

Qeyd olunan göstəricilər arasında illik təhsil haqqı ən yüksək və ən aşağı olan ixtisaslar diqqət çəkir.

Təqdim olunan siyahıya əsasən, ən yüksək illik təhsil haqqı ADA Universitetində tədrisi ingilis dilində aparılan ixtisaslarda qeydə alınıb. Universitetin Maliyyə və Hüquq ixtisaslarında illik təhsil haqqı 8000 manat təşkil edir.

Siyahıda ən aşağı illik təhsil haqqı isə Naxçıvan Dövlət Universiteti (NDU) və Gəncə Dövlət Universitetindədir (GDU).

Belə ki, NDU-da Xarici dil müəllimliyi (ingilis, alman, rus dili üzrə) təhsil haqqı 1100 manat təşkil edir. 

Həmçinin GDU-da Kimya müəllimliyi üçün 1100 manat, Psixologiya ixtisası üçün isə 1200 manat təhsil haqqı tələb olunur. 

SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı - Ö*lənlər var
Son xəbərlərDaha çox