https://www.zirve.edu.az/
08.07.2019 12:09
Coğrafiya müəllimi: “Qəbul imtahanında yüksək bal toplayanların sayı çox olacaq”
Çap et

“Əvvəlki illərdə qəbul imtahanlarına salınan Coğrafiya sualları çətin və qarışıq olurdu. Bu da II ixtisas qrupuna hazırlaşanların sayına təsir edirdi. Ancaq bu il sualların səviyyəsini yaxşı qiymətləndirmək olar”

Bu sözləri AzEdu.az-a açıqlamasında Coğrafiya müəllimi Posu Ali Mansırlı deyib. Onun sözlərinə görə, dünənki imtahan sualları yaz qəbul imtahanlarındakı kimi abituriyentlərin səviyyəsinə uyğun düşmüşdü:

“İmatahan normal səviyyədə hazırlaşan abituriyentlər üçün elə də çətin olmadı. Şagirdlərin yüksək bal toplayacaqlarına inanıram.

Əvvəlki illərdə qəbul imtahanlarına salınan Coğrafiya sualları çətin və qarışıq olurdu. Bu da II ixtisas qrupuna hazırlaşanların sayına təsir edirdi. Ancaq bu il sualların səviyyəsini yaxşı qiymətlənləndirmək olar. Bu, gələcəkdə öz müsbət təsirini göstərəcək”.

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının nəticələri iyulun 22-də açıqlanacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları