XƏBƏRLƏR

22.11.2019 15:35
Bu qədər abituriyent 40-dan az bal toplayıb -Kolleclərə qəbul göstəriciləri

2018-ci ildə keçirilən kolleclərə qəbul imtahanında iştirak edən abituriyentlərin 37.10%-i 40-dan az bal toplayıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

İmtahan verənlərin 16.44%-i isə 70-dən çox bal toplayıb. Qəbul olan abituriyentlərin əksəriyyətinin (82.92%) imtahan nəticəsi 40-49, 50-59 və 60-69 bal diapazonlarında yerləşir. Bunlar müvafiq olaraq, 27.24%, 32.81% və 22.87% təşkil edir.

İmtahan nəticələri ən aşağı (25-29) və ən yuxarı (70-90) bal diapazonlarında nəticə göstərən abituriyentlərin nisbi sayı, müvafiq olaraq, 0.51 və 11.09 faizdir. Qəbul olan abituriyenlərin yalnız 5.98%-i 40 baldan aşağı nəticə göstərib.

İxtisas seçimində iştirak edənlərin 10219 nəfəri (68.65%) 2018-ci ilin məzunlarıdır. Onlardan 6498 nəfəri tələbə olmaq arzusunu reallaşdıra bilib. Orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin qəbulolma göstəricisi 61.76%, cari il məzunlarının qəbulolma göstəricisi isə 63.59% olub.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu