Azedu.az

"Tarxidə bu gün" - Beynəlxalq Teatr Günüdür

Rubrika

27 Mart 2025, 09:00
"Tarxidə bu gün" - Beynəlxalq Teatr Günüdür

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

27 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

27 mart Beynəlxalq Teatr Günüdür:

 

Beynəlxalq Teatr Günü 1961-ci ildə UNESCO nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresində təsis edilib və ilk dəfə 1962-ci ildə qeyd olunub. 48 ölkədə hər il 27 mart Beynəlxalq Teatr Günü qeyd olunur.

 

Hər il əlamətdar gün münasibətilə görkəmli teatr xadimləri, dramaturqlar ictimaiyyətə müraciət ünvanlayaraq teatr sənətinin mədəni həyat və ümumilikdə insanlıq, bəşəriyyət üçün əhəmiyyətini diqqətə çatdırırlar.

 

27 mart Azərbaycan Elmlər Akademiyasının yaradılmasının ildönümüdür:

 

1945-ci il martın 27-də təsis edilən Azərbaycan Elmlər Akademiyasının ilk rəhbəri, görkəmli cərrah, professor Mirəsədulla Mirqasımov olub. Elə həmin günlərdə Üzeyir Hacıbəyli, Səməd Vurğun, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay və başqaları akademiyanın həqiqi üzvü seçiliblər.

 

27 mart 1977-ci ildə aviasiya tarixinin ən böyük qəzası sayılan Tenerife faciəsi baş verib:

 

Uçmaq üzrə olan iki sərnişin təyyarəsinin toqquşması nəticəsində meydana gələn qəzada 575 adam ölüb, 70 nəfər yaralanıb.

 

27 mart 2022-ci ildə Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 84 yaşında vəfat edib.

 

27 mart 1968-ci ildə tarixində dünyanın ilk kosmonavtı Yuri Qaqarin 34 yaşında vəfat edib.

 

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox