Bu gündən etibarən AzEdu.az təhsil platformasında yeni layihə – "Valideyn Otağı" rubrikası fəaliyyətə başlayır.
Rubrikanın əsas məqsədi valideynlərin övladlarının təhsili ilə bağlı suallarını cavablandırmaq, onları narahat edən məsələləri işıqlandırmaq və təhsil sahəsində qarşılaşdıqları problemlərin, şikayət və təkliflərin müzakirəsinə şərait yaratmaqdır.
Valideynlər sual, təklif və müraciətlərini AzEdu.az-ın sosial şəbəkə hesablarında şərh bölməsinə yaza, həmçinin platformanın WhatsApp nömrəsinə göndərə bilərlər. Daxil olan müraciətlər mövzu üzrə mütəxəssislər tərəfindən araşdırılacaq və cavablandırılacaq.
"Valideyn Otağı" rubrikasının ilk mövzusu ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlıdır.
Artıq bütün ixtisas qrupları üzrə qəbul imtahanlarının birinci cəhd mərhələsi yekunlaşıb. Bu istiqamətdə valideynləri maraqlandıran hansı suallar var? Qəbul imtahanlarının təşkili, məzmunu və nəticələri ilə bağlı təklif, irad və ya rəylərinizi bizimlə bölüşə bilərsiniz.
Sizin fikirləriniz növbəti müzakirələrin əsas mövzularından biri olacaq.
WhatsApp: +994 55 329 48 78