Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-10 10:56:00
Məktəb direktoru şəhid oğluna kitab həsr etdi-FOTO

 

 

Şəhid Əlihüsyen Məmmədovun vəfatından 2 il ötür

 Bu gün Vətən Müharibəsi şəhidi Məmmədov Əlihüseyn Elşad oğlunun vəfatından 2 il ötür.

Əlihüseyn 1998-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub.

 2004-cü ildə Şəki şəhəri 18 saylı məktəbin 1-ci sinfinə gedib, 2015-ci ildə 11-ci sinfini bitirib. 4-5-ci sinifləri Bakı şəhəri Xarici Dillər Təmayüllü gimnaziyada təhsil alıb.

 2016-cı ildə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin istilik energetikası mühəndisliyi fakültəsinə daxil olmuş, 2020-ci ildə həmin fakültəni bitirib, istilik energetikası mühəndisliyi ixtisasına yiyələnmişdir. 2020-ci il iyul ayının 7-də xidmətə yollanır. Beyləqan rayonun N saylı hərbi hissəsində xidmətə başlayıb.

 

27 Sentyabr 2020-ci il tarixindən başlayan Vətən Müharibəsində iştirak edən Əlihüseyn öz igidliyi və cəsurluğu ilə fərqlənib. 9 oktyabr 2020-ci tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı Əlihüseyn Məmmədov şəhidlik zirvəsinə ucalır. Əlihüseyn “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

Anası 226 nömrəli məktəbin direktoru Arzu xanım bir şəhid anası olaraq məğrurluğu ilə seçilir və övladının xatirəsinin yaşadılmasında bir çox işlər görüb.

Əlihüseynin həyat və döyüş yolunu özündə əks etdirən "Mən Əliyəm" kitabı hazırlanıb və çap edilib. Şəhidimizin xatirəsinə həsr edilmiş kitabın təqdimatı Beynəlxalq Muğam Mərkəzində təşkil olunub.

 

"Dönməsəm, xatirəm qalsın" adlı tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Millət vəkili Hicran Hüseynov və döyüş yoldaşları, eləcə də komandirləri iştirak ediblər.

 

Əlihüseynin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.