Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-04 16:50:36
Ekspert: “Buraxılış imtahanında riyaziyyatdan təqdim edilən suallar çox çətin idi”

"İmtahanın təşkil olunması yaxşı idi. Amma imtahandan çıxan şagirdlərin yadında qalan test tapşırıqları əsasında deyə bilərəm ki, Dövlət İmtahan mərkəzinin (DİM) IX siniflər üçün riyaziyyat fənnindən təqdim etdiyi suallar çox çətin idi". 

AzEDU Modern.az-a istinadən xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov DİM-in bu gün orta məktəblərin IX sinif üzrə keçirdiyi buraxılış imtahanının birinci mərhələsi ilə bağlı şərh verərkən deyib.

O bildirib ki, Azərbaycan dilindən verilən suallar çox sadə və asan, riyaziyyatdan isə şagirdin minimum yox, maksimum biliyi yoxlanılıb.

"Keçən il ilk dəfə olaraq keçirilən yeni model buraxılış imtahanlarının nəticələri bərbad olmuşdu, düşünürdüm ki, bu il düzələr. Olmadı. Təqdim olunmuş suallar DİM - in bir neçə gün əvvəl Abituriyent jurnalının IX siniflər üçün çap edib satışa çıxardığı xüsusi buraxılışından fərqli idi. Daha çox sual Həndəsədən düşmüşdü. Halbuki, bu tədris proqramında geniş yer tutmur, və ondan bu qədər çox sual salmağa ehtiyac yoxdur".

K.Əsədovun sözlərinə görə, artıq IX sinif şagirdlərinin valideynləri övladlarını ali təhsilə yox, IX sinifdən çıxarıb kollecə yönəltmək və ya ümumiyyətlə təhsildən uzaqlaşdırmaq istəyirlər.

"Buraxılış imtahanlarında iştirakçıların minimum bilikləri yoxlanılır, maksimum bilikləri yox. Gün ərzində qəbul edib söhbət etdiyim şagirdlərin cavablarına görə deyə bilərəm ki, bu günkü riyaziyyat fənnin nəticələri keçən ildən də bərbaddır".