Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-12 15:08:00
Direktorlar gələn ildən həftə ərzində   bu qədər dərs deyə bilərlər – Rəsmi cavab  

“Növbəti tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər”

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil TV-nin  “Həftənin sualı” verlişində Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad  Camalzadə səsləndirib. Onun sözlərinə görə, gələn tədris ilindən etibarən direktorlar dərs deyə biləcəklər:

“Növbəti  tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər. Zərurət yarandığı hallarda dərs  saatlarının sayı artırıla bilər. Lakin 0,5 ştat vəzifə maaşı alanlara 18 saata qədər dərs verilə bilər”

Murad  Camalzadə direktorların işə qəbul imtahanlarının tarixi barədə sualları cavablandırarkən qeyd edib ki, müsabiqənin dəqiq tarixini öncədən söyləmək mümkün deyil.

Qeyd edək ki direktorlar və onların müavinləri, həmçinin təhsil şöbələrinin işçilərinin orta məktəbdə dərs deməkdən azad olunacaqları barədə məlumatlar gündəm mövzusuna çevrilən məsələlərdən biridir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları