Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 10:15:00
Direktor namizədlərin nəzərinə: Buraxılan və əvəz edilən dərslər necə qeyd olunmalıdır?

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədlərinin hazırlanması, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı barədədir.

AzEdu.az məlumat verir ki, bu məsələlər “Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat”da qeyd olunub.

Təlimata əsasən, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı hər məktəbdə direktorun təlim-tərbiyə işləri üzrə müavini tərəfindən aparılır.

Oraya buraxılan və əvəz edilən dərslər haqqında məlumat yazılır. Qeydlər yalnız lazımi qaydada rəsmiləşdirilmiş sənədlər əsasında aparılır. Bu sənədlərə məktəb üzrə əmrlər, xəstəlik vərəqəsi, sinif jurnalında qeydlər və s. daxildir.

Əvəzetmə yolu ilə dərs deyən müəllim bu barədə kitabda imza edir. Kitabdakı qeydlər iş vaxtından istifadə uçotu və əmək haqqı hesablama tabelindəki qeydlərə uyğun olmalıdır.

Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı məktəbdə daimi saxlanılır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları