Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 17:13:25
AzTU şəhid məzununa həsr olunan anım tədbiri... 

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Şövqiyar Abdullayevin anadan olmasının 55-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

AzEdu.az-a bu barədə AzTU-dan xəbər verilib.

 

Bildirilib ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra AzTU-nun şəhid tələbə və məzunlarının xatirəsinə həsr olunan film nümayiş olunub.

 

Çıxış edənlər Milli Qəhrəman Şövqiyar Abdullayevlə bağlı xatirələrini dilə gətirib, onun qısa və şərəfli döyüş yolundan danışıblar.

 

Xatırladaq ki, Şövqiyar Abdullayev 1992-ci il avqustun 27-də Ağdərə-Kəlbəcər istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

 

1993-cü il fevralın 5-də Azərbaycan Prezidentinin Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.