Türkiyənin Hatay şəhərində 9 aylıq olarkən autizm diaqnozu qoyulan 22 yaşlı Ertuğrul Gök həkimlərin mənfi proqnozlarına baxmayaraq, universitet təhsilini başa vurub.
AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Ertuğrulun müalicə üçün aparıldığı professor ailəsinə “Heç vaxt oxumağı və yazmağı öyrənə bilməz, danışsa belə, beş sözdən artıq danışa bilməz” deyib.
Lakin Ertuğrul bütün çətinliklərə baxmayaraq, təhsilini davam etdirib.
O, Mustafa Kamal Universitetinin Antakya Dövlət Konservatoriyasının Türk musiqisi bölməsini dörd illik təhsildən sonra bitirib.
Musiqiyə də maraq göstərən Ertuğrul piano, gitara, qanun və bağlama kimi müxtəlif musiqi alətlərində ifa edir.