Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 09:17:32
Uşağın axtarışı ilə bağlı Biləsuvarda kanala suyun verilməsi dayandırılıb

İmişli rayonunda kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb.

 

AzEdu.az xəbər verir ki, fevralın 28-i günün ikinci yarısı suyun kanala verilməsi gözlənilir.

 

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.