Azedu.az

Rezidentura üzrə qəbul imtahanı keçiriləcək

Rezidentura

16 İyun 2026, 10:39
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək

Məlum olduğu kimi, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun 21-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Qeyd edək ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

Rus ordusu dəhşətli itkilər verdi - Ukrayna bu yerləri azad etdi
Son xəbərlərDaha çox