Azedu.az

Rezidentura üzrə II mərhələ sınaq imtahanı keçirilib

Rezidentura

17 İyul 2026, 15:23
Rezidentura üzrə II mərhələ sınaq imtahanı keçirilib

17 iyul 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri) üzrə elektron sınaq imtahanı keçirib.

AzEdu.az xəbər verir ki, sınaq imtahanında 158 nəfər iştirak edib.

İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 2 saat 30 dəqiqə müddətində aparılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.

TƏCLİ! Rusiyada qarşıdurma - Əhali etirazlara başladı
Son xəbərlərDaha çox