Azedu.az

Milli Qurtuluş Günü ilə bağlı rektorlardan PAYLAŞIMLAR

Rektorlar

15 İyun 2026, 13:37
Milli Qurtuluş Günü ilə bağlı rektorlardan PAYLAŞIMLAR

Hər il 15 iyun ölkəmizdə Milli Qurtuluş günü kimi qeyd olunur. 

Bu münasibətlə rektorlar da öz sosial media hesablarında paylaşımlar edirlər. 

AzEdu.az rektorların paylaşımlarını təqdim edir:

Azərbaycan Dövlət  İqtisad Universitetinin rektoru Ədalət Muradov:

"15 İyun - Milli Qurtuluş Günü - Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunduğu, müasir inkişaf yolunun müəyyənləşdirildiyi tarixi gündür".

185234

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:

"15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür!

Qarabağ Universiteti ailəsinin bütün üzvlərini və tərəfdaşlarımızı təbrik edirik!

Ulu Öndərimizin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla anırıq!".

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov:

"15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyimizin qorunması və gələcəyə inamla addımlayan güclü Azərbaycanın təməl tarixidir.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasi irsi bu gün də ölkəmizin inkişaf yoluna işıq salır".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov:

"15 iyun - Bir xalqın gələcəyini dəyişən qərarların verildiyi, bir dövlətin taleyini müəyyən edən gün.

Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edirik!".

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev:

“15 İyun - Milli Qurtuluş Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi və inkişaf yoluna çıxmasının simvoludur. Vətənimizə daim sülh, tərəqqi və firavanlıq arzulayıram!”.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev:

“Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və xalqımızın gələcəyə inamının yenidən bərpası kimi tarixə həkk olunmuş taleyüklü bir gündür. Bu gün ölkəmizin parçalanmaq təhlükəsindən qurtularaq sabitlik, birlik və inkişaf yoluna qədəm qoymasının rəmzi kimi milli yaddaşımızda həkk olunmuşdur.

15 İyun Azərbaycanı güclü dövlətə aparan yolun başlanğıcı olaraq daim qürur və ehtiramla anılır.

Milli Qurtuluş Günümüz mübarək!”.

Zelenskidən şok görüntü - Putini masasındakı sənədlər əlinə keçdi
Son xəbərlərDaha çox