Azedu.az

Daha bir rektordan ixtisas seçimi edəcək abituriyentlərə MESAJ

Rektorlar

11 Avqust 2026, 18:45
Daha bir rektordan ixtisas seçimi edəcək abituriyentlərə MESAJ

Artıq sabahdan abituriynet və valideyinlərin aylardır gözlədiyi ixtisas seçimi başlayır.

Seçim 12-19 avqust günlərini əhatə edəcək. 

AzEdu.az xəbər verir ki, abituriyentlərə bu həssas və qərarverici yolda dəstək olmaq, onlara doğru istiqamət göstərmək məqsədilə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev tövsiyələrini bölüşüb.

"Əziz abituriyentlər, gələcəyinizin qurulmasında atacağınız ən mühüm addımlardan biri olan ixtisas (peşə) seçimi ərəfsində hər birinizi salamlayır və uğurlar arzu edirəm.

Pedaqoji və filoloji ixtisaslar, xarici dil mütəxəssisi, regionşünaslıq və psixologiya kimi ixtisaslarda edəcəyiniz seçimlər zamanı nəzərə alın ki,

- Bakı Slavyan Universiteti 80 illik akademik ənənələrə malik müasir öyrənmə mərkəzidir;

- Universitetimiz müasir dil öyrənmə mərkəzləri və proqramlarına sahibdir, ölkə xaricində Azərbaycan dili mərkəzlərinə sahib olan unikal təhsil məkanıdır;

- Avropanın bir çox dilləri üzrə tərcüməçilik və regionşünaslıq ixtisasları üzrə hazırlıq yalnız BSU-da aparılır;

- Yunan və türk dilindən ingilis və alman dilinədək, ukrayna və belorus dilindən bolqar və çex dilinədək, polyak dilindən özbək dilinədək 12 dil üzrə ən qabaqcıl mütəxəssislər sizinlə çalışacaqlar;

- Müxtəlif dil mərkəzləri və müasir rəqəmsal proqramlarla təmin edilmiş labaratoriyalar sizin formalaşmağınız üçün çalışırlar;

- Onlarla ölkədən olan təfəfdaş universitetlərimiz tələbələrimizə yay məktəblərində iştirak etmək, semestrlər üzrə və təcrübə (internship) mübadilə imkanları yaradır (hazırda tələbələrimiz Polşa, Bolqarıstan və Almaniyada bu imkanlardan yararlanmaqdadır);

- Bakı Slavyan Universiteti Azərbaycan, ingilis, alman, rus və fransız filologiyası üzrə ölkənin ən aparıcı öyrənmə mərkəzlərindəndir;

- Bakı Slavyan Universiteti inklüziv təhsil, təlim və çalışma mərkəzidir;

- Pedaqoji və xarici dillər üzrə təhsil proqramlarımız ölkə üzrə əcnəbi tələbələrin ən çox müraciət etdiyi proqramlardandır. Alman, bolqar, yunan, özbək və digər dillər üzrə dil daşıyıcı müəllimlər BSU-da öyrənmə imkanlarını artırır;

- BSU milli dəyərlərimizə söykənən, mədəniyyətlərarası kommunikasiyanı və mədəniyyətləri öyrədən unikal ali təhsil müəssisəsi olmaqla yeni dövrün vətəndaşının hazırlanmasını hədəfləyir;

Gələcəyinizi BSU ilə qurmağa, inklüziv təhsil və dillərin müasir öyrənmə mərkəzi olan və böyük ənənələrə sahib müasir ali təhsil müəssisəsinin bir parçası olmaqla uğur hekayənizi birlikdə yaratmağa dəvət edirəm!

Hər birinizi yeni dövrün Universitetində salamlamaq arzusu ilə...".

Putindən iddialı açıqlama - Mən heç nədən qorxmuram!
Son xəbərlərDaha çox