Azedu.az

Tələbələrlə eyni kadrda - rektorların məzun günündən ən səmimi FOTOLARI

Rektorlar

2 İyul 2026, 14:36
Tələbələrlə eyni kadrda - rektorların məzun günündən ən səmimi FOTOLARI

Məzun günü təkcə diplomların təqdim olunması və rəsmi çıxışlarla yadda qalmır. Bu günün arxasında illərlə eyni auditoriyaları, eyni kampusu və dəhlizləri bölüşən insanların bir-biri ilə vidalaşması dayanır.

Rektorlar da bu əlamətdar gündə tələbələri ilə bir araya gələrək onların sevincini bölüşüb, xatirə fotoları çəkdiriblər.

Fotolardan da görünür ki, rəsmi mərasim başa çatdıqdan sonra rektorlar tələbələrin sevincinə səmimi şəkildə şərik olur, bu unudulmaz anları onlarla birlikdə yaşayırlar.

Bu kadrlar universitet daxilində rəhbərlə tələbə arasında görünməz hesab olunan məsafənin aradan qalxdığını da nümayiş etdirir.

Kampusda keçən tələbəlik illəri geridə qalsa da, yaddaşlarda məhz belə səmimi, təbii və bəzən də plansız çəkilmiş fotolar qalır.

AzEdu.az rektorların məzun günündən paylaşımlarını təqdim edir:

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev "Məzun günündə" tələbələrlə səmimi foto çəkdirərək bu özəl günü əbədiləşdirib:

186190

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov məzunların xoş günündə sevinclərinə şərik olub:

186185

186187

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov ənənəvi foto ilə "Məzun gününü" xaxtirələrə həkk edib:

186182

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev sevincli günü məzunlar ilə birgə qeyd edib:

186189

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayevdə məzunları tək başına buraxmayıb:

186183

186186

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nurəli Yusifbəylidə məzunlarla xatirə fotosu çəkdirənlərdəndir:

186184

Bakı Avrasiya Universitetinin (BAAU) rektoru Səyavuş Qasımovda məzunlarının yanında olan rektorlardandır:

186188

 

 

 

Rusiyadan VƏHŞİCƏSİNƏ HÜCUM! Ukrayna bombalanır,Putinə məruzə edildi -
Son xəbərlərDaha çox