Azedu.az

Bir neçə gün sonra “abituriyent” yox, “tələbə” olacaqsınız - Rektordan müraciət

Rektorlar

21 Avqust 2026, 12:05
Bir neçə gün sonra “abituriyent” yox, “tələbə” olacaqsınız - Rektordan müraciət

İxtisas seçimi artıq yekunlaşdı. Növbəti mərhələ isə gənclərin illərdir çəkdikləri əziyyətin bəhrəsini görməsi və tələbə adının sevincini yaşamasıdır. Nəticələrin açıqlanmasına saylı günlər qalıb. Bütün mərhələlər arxada qaldığı üçün indi hər şey bircə qısa mesajla gələcək müjdəli xəbərdən asılıdır.

AzEdu.az xəbər verir ki, məhz bu gərgin və həyəcanlı günlərdə abituriyentlərə mənəvi dəstək və motivasiya böyük rol oynayır. Bu məqsədlə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov abituriyentlərə səslənərək bildirlib ki, həyəcanınızı ürəkdən bölüşür, böyük Mingəçevir Dövlət Universiteti ailəsinin yeni üzvlərini aramızda görmək üçün günləri səbirsizliklə sayırıq!

"Əziz abituriyentlər,

Nəticələrin açıqlanmasına cəmi bir neçə gün qalıb. İnanın, bu həyəcanı sizlər qədər biz də yaşayırıq.

Aylarla göstərdiyiniz zəhmətin, gecə-gündüz çəkdiyiniz əziyyətin və böyük arzularınızın nəticəsini öyrənəcəyiniz günə çox az qalıb. Hər birinizə ürəkdən uğurlar arzulayıram!

Ümid edirəm ki, yaxın günlərdə çoxunuzun sevincini birlikdə paylaşacağıq. 

Mingəçevir Dövlət Universiteti olaraq sizi böyük bir ailənin üzvü kimi qarşılamağa hazırıq.

Uğurlarınız bol olsun!

MDU sizi gözləyir!".

Putin təcili əmr verdi - Azərbaycanlılar zorla orduya çağırılır!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox